Prezident və xanımı yeni yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar

15:25 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib. Daha sonra Prezident və xanımı Şuşaya gəliblər.

Dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” hotelinin açılışında iştirak ediblər.

Bütün xəbərlər