Tovuzda quş yemi istehsal ediləcək - Yeni layihə üçün 250 min manat güzəştli kredit verilib

15:50 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu daha bir layihənin həyata keçirilməsi üçün güzəştli kredit verib.

ABC.AZ xəbər verir ki, sözügedən kredit Qovlar Yem MMC-yə Tovuzda quş yemi istehsalını təşkil etmək üçün ayrılıb.

Layihənin həyata keçirilməsinə 250 min manat verilib. Layihənin reallaşdırılması bu sahədə yüksək olan idxaldan asılılığın azalmasına müsbət təsir edəcək.

Bütün xəbərlər