Bakı Fond Birjasında əməliyyatların həcmi artıb, ya azalıb?

11:21 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasında 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19,452,794,779 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% böyümə qeydə alınıb.

ABC.AZ xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 195% artım olmuşdur.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınmışdır.

2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınıb.