15:22 - 13.11.2023
13 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 294 milyon manatdan çox olan 2,4 mindən artıq layihəyə 127 milyon manat güzəştli kredit verib.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında nazir Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
"Bu il yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib”, - deyə nazir əlavə edib.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024