Dövlət Agentliyi ölkədəki turizmin inkişafı ilə bağlı hədəflərini açıqladı

17:00 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. Azərbaycanın qış turizmi ilə bağlı hədəflər açıqlanıb.

ABC.AZ xəbər verir ki, hədəfləri Dövlət Turizm Agentliyi açıqlayıb.

Açıqlamada bunlar qeyd edilib:

“Cari ilin yanvar-oktyabr ayları üzrə ölkəyə 1 724 218 xarici ölkə vətəndaşı səfər edib. İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatmasını proqnozlaşdırırıq. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı proqnozlaşdırılır. Ümumilikdə isə növbəti il üçün bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir”.