17:28 - 15.11.2023
15 noyabr, Fineko/abc.az. «PSG Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi azalıb.
ABC.AZ xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 104,4 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 36,6% azalıb.
Bu dövrdə QSC-nin Mərkəzi Bankının notları üzrə dövriyyəsi 45,6 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 25,9 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 26,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 5,2 milyon manat, səhmləri isə 363 min 853 manat olub.
Cari ildə «PSG Kapital İnvestisiya Şirkəti»nin Mərkəzi Bankının notları üzrə əməliyyatları 2,2 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 14,1%, korporativ istiqrazlar üzrə əməliyyatlar 2,9% azalıb, repo əməliyyatları 2,8 dəfə, səhm əməliyyatları 2,1 dəfə artıb.
Bu il «PSG Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 37,7% artaraq 856-dan 1 179-a yüksəlib.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024