“Amazon” şirkəti “Astro for Business” robotunu təqdim edib - FOTO

11:32 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. “Amazon” şirkəti ABŞ müştəriləri üçün “Astro for Business” robotunu təqdim edib. O, müstəqil və ya uzaqdan idarəetmə vasitəsi ilə hərəkət edə bilir, həmçinin displey və gecə görmə qabiliyyətinə malik HD kamera ilə təchiz olunub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, cihazın qiyməti 2349.99 dollardır. Bununla yanaşı, şirkət əlavə xüsusiyyətləri olan üç növ abunə də təklif edib.

Ayda 60 dollara “Astro Secure” abunəliyi robota avtonom şəkildə və ya istifadəçinin seçdiyi marşrutlar üzrə hərəkət etməyə və otaqda aktivləşdirilmiş hərəkət sensorlarından məlumat almağa imkan verir. Ayda 20 dollara “Ring Protect Pro” xidməti cihazdakı yazıları 180 gün ərzində saxlamağa qoyur.

Xatırladaq ki, 2021-ci ildə şirkət “Astro” ev robotunu təqdim edib. O, əşyaları daşımaq, evinizə nəzarət etmək, musiqi çalmaq və s. üçün istifadə edilə bilər.

Bütün xəbərlər