İlk üç rübdə xaricdən Azərbaycana gələn turistlər 1 milyard 769.01 milyon manat xərcləyiblər

12:18 - 16.11.2023


16 noyabr, Fineko/abc.az. Azərbaycanın 2023-cü ilin ilk üç rübündə gəlmə və getmə turizmi üzrə gəlir və xərcləri məlum olub.

ABC.AZ xəbər verir ki, ilk üç rübdə xaricdən Azərbaycana gələn turistlər 1 milyard 769.01 milyon manat (1 mlrd. 40.6 mln. ABŞ dolları) xərc çəkdikləri halda, Azərbaycandan xaricə gedən turistlər 1 mlrd. 87.7 mln. manat xərc çəkiblər.

Gəlmə turistlərin xərcləri illik müqayisədə 79 faiz artdığı halda, getmə turizminin 53 faiz artmış olub.

Beləliklə, xariclə turizm balansında  681.35 mln. manat və ya cari məzənnə ilə 400.8 mln. dollar müsbət saldo yaranıb.

2023-cü ilin ilk üç rübündə Azərbaycana gələn 1 milyon 535.8 min əcnəbinin 68 faizi və ya 1 milyon 44.3 min nəfəri turizm məqsədi ilə səfər edib. 2022-ci ilin müvafiq periodunda 1 milyon 162.7 min nəfər əcnəbi gəlmişdi və bunun da 787.8 min nəfəri turizm məqsədi ilə gəlmişdilər.