10 ay ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində buğda idxal olunub

10:24 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949 278 ton buğda idxal olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 25% azalıb, miqdar ifadəsində 0.7% azalıb.

Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

 

Bütün xəbərlər