Azərbaycanda 97 kiçik dövlət müəssisəsi hərraca çıxarılıb

13:08 - 16.07.2018


16 iyul, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 14 avqust tarixində keçiriləcək.

“Hərraca 192 obyekt, o cümlədən 97 kiçik dövlət müəssisəsi və obyekti, 60 qeyri-yaşayış sahəsi, 16 nəqliyyat vasitəsi çıxarılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər