Azərbaycan 10 ayda nar ixracından gəlirini 76% artırıb - Gəlirlər 20 milyon dolları keçdi

10:27 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında 20 milyon 301 min dollar dəyərində 17 min 578,16  ton nar ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 8 milyon 762,97 min dollar (76 faiz), miqdar ifadəsi ilə 9 min 099,35 ton (2,1 dəfə) artıb. Keçən ilin yanvar-oktyabr aylarında xaricə 11 milyon 538 min  ABŞ dolları dəyərində 8 min 479 ton nar ixracı edilmişdi.

Beləliklə bir ton narın ixrac qiyməti bu il 1 155 dollar, ötən ilin müvafiq dövründə 1 361 dollar təşkil edib. Bu göstərici son bir ildə 206 dollar, başqa sözlə 15,1% azalıb.