İnam Kərimov Şamaxı rayonunda sakinlərlə görüşəcək.

15:07 - 16.07.2018


16 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  20 iyul 2018-ci il tarixində, saat 11:00-da Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Şamaxı  rayon Kənd Təsərrüfatı İdarəsinə (050-623-86-37) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.