Bundan sonra “WhatsApp”la "e-poçt"unuzu da yoxlaya biləcəksiniz

14:51 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. Dünyanın ən çox istifadə edilən ani mesajlaşma platforması olan “WhatsApp” yeni funksiyalar üzərində işləyir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiyalar tətbiq olunandan sonra istifadəçi məxfiliyi və təhlükəsizliyi tam qorunmuş olacaq.

Onu da qeyd edək ki, platforma bu yaxınlarda e-poçt yoxlama funksiyasını təqdim edib.

“WhatsApp” hesabları üçün e-poçtun yoxlanılması funksiyası avqust ayından etibarən inkişaf etdirilir. Bu funksiya sayəsində istifadəçilər şəxsi elektron poçtunu öz hesablarına qoşacaq və mümkün haker cəhdlərinin qarşısını alacaqlar.

Bütün xəbərlər