Son 10 ayda Azərbaycanda istehsal olunmuş sementin həcmi açıqlanıb

16:43 - 21.11.2023


21 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 075,1 min ton sement istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 87,4 min və ya 2,9% artıb.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 2 987,7 min ton təşkil edib. 01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 63 min ton təşkil edib.

Hazır məhsul ehtiyatı son bir ildə 33,4 min ton və ya 34,6% azalıb. 01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 96,4 min ton təşkil edib.