“Instagram”da “stories” funksiyası ləğv edilir?

11:01 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. “Instagram”da “stories” funksiyasında dəyişikliklər edilir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, dəyişiklikdən sonra istifadəçilər fərqli “Hekayə” müddəti ilə üzləşəcəklər.

Verilən məlumata görə, hazırda “Instagram” “Mənim həftəm” adlı funksiya üzərində işləyir. Məlum olduğu kimi paylaşılan hekayələrin müddəti 24 saatdır. Bu müddət başa çatdıqda, paylaşımlar avtomatik olaraq yox olur. Yeni funksiya sayəsində bu müddət yeddi günə qədər artacaq.

Xüsusiyyətin təfərrüatlarına baxdığımızda istifadəçilər öz sevimli hekayələrini seçərək “Mənim Həftəm” adlı kolleksiyaya əlavə edəcəklər. Burada yeddi gün aktiv qalacaq. O, digər hekayələrlə birlikdə “Instagram” əsas ekranının yuxarı hissəsindəki izləyicilərə də görünəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər