Mənzil bazarında qiymətlər 10 faizdən çox artıb

11:47 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. 2023-cü ilin III rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrünə nəzərən 10.1% artıb.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

Qeyd edilib ki, ilkin mənzil bazarında qiymət indeksi 7.8%, təkrar mənzil bazarında qiymət indeksi isə 10.1% yüksəlib.

2023-cü ilin II rübü ilə müqayisədə III rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 2.8%, ilkin mənzil bazarında 1.8%, təkrar mənzil bazarında isə 2.8% artıb.

Bütün xəbərlər