Bu, ödənişləri də Tarif Şurası müəyyən edəcək

14:07 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Nazirlər Kabineti “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”nı təsdiq edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Hökumət başçısının imza atdığı digər qərarla isə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya” təsdiqlənib.

Metodologiyalara əsasən, hər iki qoşulma xidmətinə görə ödənişin məbləğini Tarif (Qiymət) Şurası müəyyən edəcək.

 

Bütün xəbərlər