Son 10 ayda ipoteka müqavilələri 16 faizdən çox artıb

16:31 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 325 170 texniki pasport tərtib edilib.

Xidmətdən ABC.AZ-a verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz çoxdur.

Hesabat dövründə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisinə nisbətdə 16,9 faiz artaraq 67 853 təşkil edib.