16:58 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Torpaq sahəsi alarkən yeni qaydaları nəzərə alaraq torpaq sahəsinin tikintiyə yararlı olub-olmamasına diqqət yetirmək lazımdır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert bildirib ki, ilk növbədə torpaq sahəsi tikinti təyinatlı olmalıdır.
“Torpaq sahəsi mütləq mülkiyyətdə olmalıdır. Yeni qaydalara əsasən, 1 və ya 1.5 sot torpaq sahəsində tikinti aparmaq mümkün olmayacaq. Çünki tikintinin sıxlıq əmsalı, normativ qayda var. O qaydalar tələb edir ki, tikinti torpaq sahəsinə adekvat olmalıdır. Misal üçün 200 kvadrat tikinti aparmaq istəyirsə, bu, torpaq sahəsinin ölçüsünə adekvat olmalıdır. Yəni 200 kvadrat tikinti üçün minimum 4-5 sot torpaq sahəsi olmalıdır. Fərdi yaşayış evlərinin tikintisində əmsallar təqribən 0.4 ətrafında dəyişir.
Yəni bu o deməkdir ki, sənin 100 (bir sot) kvadrat torpaq sahən varsa onun 40 kvadratında ev tikə bilərsən, 2 sot torpaq sahən varsa 80 kvadratında ev tikə bilərsən. Burada hətta torpağın konfiqurasiya məsələsi var. Misal üçün, tikintinin qonşu divarlarla ara məsafəsi gözlənilməlidir. Ola bilər ki, sizin 3 sot torpaq sahəniz var, amma onun konfiqurasiyası ara məsafəsi buraxmağa imkan vermir. Bu halda da tikinti aparmaq mümkün olmalıdır. Burada digər tələblər də var. Vətəndaş torpaq alarkən ekspertlərlə məsləhətləşməlidir”, - deyə R.Osmanlı bildirib.
Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
7 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024