Azərbaycanda tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb - Hesabat

17:06 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Azərbaycanda tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 103 milyon 276 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 5112 min manat və ya 7,8% çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 95 milyon 764 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 63 milyon 662,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 946 min manat və ya 3,2% çoxdur.

Keçən ilin eyni dövründə 61 milyon 716 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 61,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,8% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 64,4% təşkil edib.

Bütün xəbərlər