Daşınmaz əmlakın icbari sığortasında vəziyyət nə yerdədir?

17:16 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Belə ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 665 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 977 min manat və ya 50,3% çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 45 milyon 688 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 5 milyon 242 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 279 min manat və ya 5,4 dəfə çoxdur.

Keçən ilin eyni dövründə 963 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 7,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5,5% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.

Bütün xəbərlər