Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar kəskin artıb

17:31 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar kəskin artıb.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalarda öz əksini tapıb.

Sözügedən hesablamara əsasən, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 666 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 513 min manat və ya 2,3 dəfə çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 513 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 3 milyon manat təşkil edib. Keçən ilin eyni dövründə  sığorta ödənişləri edilməmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 0,1% təşkil edib. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi qeydə alınmayıb.

 

Bütün xəbərlər