Azərbaycanda əmək qabiliyyətinin sığortası bazarı böyüyüb

11:49 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalarda öz əksini tapıb.

Qeyd edilib ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 553 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 348 min manat və ya 28,9% çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 205 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 70 min manat təşkil edib ki, bu da illik müqayisədə 37 min manat və ya 2,2 dəfə çoxdur.

Keçən ilin eyni dövründə 32 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 4,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,8% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,7 % təşkil edib.