Bundan sonra “Instagram”da videonu birbaşa yükləyə biləcəksiniz

14:39 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. 2023-cü ilin iyun ayında “Instagram” ABŞ-dan olan istifadəçilərə “Reels” videolarını yükləməyə icazə vermişdi, indi isə bu funksiya hər kəs üçün əlçatan olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “TechCrunch” yazıb. Qeyd edilib ki, videonu yükləmək üçün altındakı “Paylaş” düyməsini kliklədikdən sonra açılan alt menyuda yükləmə düyməsini sıxmaq lazımdır.

Qeyd edək ki, yeni funksiyanı deaktiv də edə bilərsiniz. Bunun üçün “Ayarlar” bölməsində “Məhvilik” menyusuna keçin və müvafiq düyməni sıxın.

Yüklənmiş videoların üzərində müəllifin hesabının adı və “Instagram” loqosu olacaq.