Yığımları 15,6 faiz artan sığorta növü - Hesabat

16:10 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Azərbaycanda qeyri-həyat sığortası üzrə cəmi yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 289 milyon 384 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 38 milyon 969 min manat və ya 15,6% çoxdur.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 250 milyon 414 min manat təşkil edib.

Bu, dövrdə bu növ sığorta ödənişləri 112 milyon 809 min manat təşkil edib ki, bu da illik müqayisədə 33 milyon 197 min manat və ya 41,7% çoxdur.

Keçən ilin eyni dövründə 79 milyon 612 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 39% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 7,2% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 31,8% təşkil edib.