Ələt−Astara dəmir yolu yenidən qurulacaq - Prezident göstəriş verdi

16:46 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Ələt−Astara dəmir yolunun yenidən qurulması nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Fəaliyyət Planında tək Ələt-Astara yolunun deyil, Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcəri−Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı−Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar−Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax−Böyük Kəsik sahəsində 38 yoldəyişənin və 7 qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılır.

 

Bütün xəbərlər