Bankların nağd vəsaiti 57,6 milyon manat artıb

17:03 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. 2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının nağd vəsaitləri 1 976,1 milyon manat həcmində olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,6 milyon manat və ya 3% çoxdur. Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların nağd vəsaitləri 1 918,5 milyon manat həcmində olub.

Bütün xəbərlər