09:25 - 24.11.2023
24 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü ticarətdə azalmağa davam edir.
London ICE Futures birjasında Brent neftinin yanvar fyuçerslərinin qiymətləri saat 9:18-ə qədər bir barel üçün $81,27 təşkil edib ki, bu da ötən sessiyanın bağlanma qiymətindən $0,15 (0,18%) aşağıdır. Cümə axşamı bu müqavilələr $0,54 (0,7%) - bir barelə $81,42-a qədər ucuzlaşdı.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 9:18-ə qədər $0,82 (1,06%) azalıb və bir barel üçün $76,34 təşkil edir. Cümə axşamı günü əsas sessiya ABŞ-da Şükran Günü qeyd edilməsi səbəbindən keçirilmədi.
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
6 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024
4 Dekabr 2024