"Maşın bazarı"nda qiymətlər bahalaşıb - 5 faizə yaxın artım

11:43 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. Ötən ay avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub. 

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) ABC.AZ-a verilən məlumata görə, 30 min manatadək olan avtomobillərin qiyməti oktyabr ayında 4.7 faiz artıb.

Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində ay ərzində 1.2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% artıb.

 

Bütün xəbərlər