Yığımları 2 milyon 9 min manat azalan sığorta növü - Hesabat

15:00 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 19 milyon 267 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 9 min manat və ya 9,4% azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 21 milyon 276 min manat təşkil edib.

Bu növ sığorta ödənişləri isə cəmi 17 min manat təşkil edib ki, bu da illik müqayisədə 41 min manat və ya 3,4 dəfə azdır. 2022-ci ilin eyni dövründə 58 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik 0,1% olub. Bu da illik müqayisədə 0,2% azdır. Ötən ilin eyni dövründə zərərlilik 0,3% idi.

Bütün xəbərlər