Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli qoyulub

15:43 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. Macarıstanın ən böyük tikinti şirkətlərindən biri olaraq bu gün burada olmağımız və aparılan tikinti işlərində iştirak etməyimiz bizim üçün bir şərəfdir. 

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində iştirak edən Macarıstanın “KESZ Group” inşaat şirkətinin rəhbəri İzso Otto deyib. O bildirib ki, şirkət 30-dan çox ölkədə 3 mindən çox layihə icra edib:

"Bizim burada iştirakımız iki ölkə arasında münasibətlərin inkişaf etməsinə və xalqlarımızın yaxınlaşmasına böyük töhfə verəcək. Qarabağın azad olunmasından sonra bu ərazilərin yenidənqurmasında iştirak etmək eyni zamanda böyük məsuliyyətdir. Əlimizdən gələni edəcəyik ki, Soltanlı kəndinin sakinləri gözəl ətraf mühitdə, müasir evlərdə yaşasınlar. Burada başqa bir məqam odur ki, bu kənddə tikiləcək məktəb Macarıstanın Azərbaycan xalqına bir hədiyyəsi olacaq".

Bütün xəbərlər