19:48 - 26.11.2023
26 noyabr, Fineko/abc.az. Noyabrın 25-də Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalının açılışı baş tutub.
ABC.AZ xəbər verir ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.
Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur.
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024