Neft ucuzlaşmağa davam edir, Brent bir barel üçün $79,85 təşkil edir

09:30 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bazar ertəsi keçirilən hərracda enməyə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:25 – ə qədər $0,73 (0,91%) - bir barel üçün $79,85-a düşdü. Noyabrın 24 - də Brent markalı neftin yanvar fyuçersləri $0,84 (1,03%) azalaraq bir barel üçün $80,58-a enib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI  neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25 – ə qədər $0,73 (0,97%) azalaraq bir barel üçün $77,55-a düşüb. Noyabrın 24 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,86 (1,13%) azalaraq bir barel üçün $75,54-a düşüb.

Ötən həftə Brent markalı neft 0,04%, WTI isə 0,66% ucuzlaşıb.

Bütün xəbərlər