“Hermes Energy” hüquqi formasınə dəyişir

10:06 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. 25 dekabr 2023-cü il saat 12:00-da “Hermes Energy” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə “Hermes Energy” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil olunaraq “Hermes Energy” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi və “Hermes Energy” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının onlara məxsus paylarının “Hermes Energy” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalından təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan “Hermes Energy” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına keçirilməsi daxildir.