Kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılır

10:31 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”nin yaradılmasına başlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, reyestr yaradıldıqdan sonra Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək.

Reyestrin yaradılması Milli Məclisin ötən il dekabrın 2-də qəbul etdiyi və Prezident İlham Əliyevin bu il yanvarın 26-da təsdiq etdiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda öz əksini tapıb.