Çində sənaye müəssisələri 7 faizdən çox azalıb

10:38 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Çinin yanvar-oktyabr aylarında sənaye mənfəətinin azaldığı müşahidə edilib.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Çində sənaye müəssisələrinin mənfəəti yanvar-oktyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalaraq 2022-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, oktyabr ayında qeydə alınan azalma sentyabr ayında qeydə alınan 9%-lik azalmadan daha kiçik olub.

Ekspertlərin fikrincə, pandemiyadan sonra bazar inamını artırmaq üçün daha çox stimulverici hərəkətlər həyata keçirilməlidir.

Bu azalmadan sonra Çinin “CSI 300” indeksi 0,75% azalıb.

Bütün xəbərlər