Türkiyədə MMC yaratmaq üçün - 1800 dollar kapital tələb olunacaq

11:30 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Türkiyə hökuməti ölkədə səhmdar cəmiyyətlər və məhdud məsuliyyətləi cəmiyyətlərin yaradılması üçün minimum kapital məbləğini artırıb. 

ABC.AZ xəbər verir ki, yeni qaydalara görə, səhmdar cəmiyyətlər ən azı 250 min TL sərmayə ilə, məhdud məsuliyyətli şirkətlər isə 50 min TL sərmayə ilə yaradıla bilər.

Qeyd edək ki, indiyədək bu məbləğ 5 dəfə az idi. Belə ki, indiyədək MMC-ləri 10 min lirə kapitalla, səhmdar cəmiyyətləri isə 50 min lirə kapitalla yaratmaq olardı.

Yeni qərar 1 yanvar 2024-cü il tarixindən qüvvədə olacaq. Bu tələb indiyədək yaradılmış şirkətlərə aid edilməyəcək – onlardan kapitallarını artırmaq tələb olunmayacaq. Amma Ticarət Nazirliyinin qərarla bağlı açıqlamasında bildirilir ki, həmin şirkətlər də kapitallarını artırsalar faydalı olar.

 

Bütün xəbərlər