Bakı Limanından fasiləsiz yük göndərmək mümkün olacaq

11:40 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Bakı Limanında yaxın zamanlarda beynəlxalq “Shipping line” mərkəzinin və onun depolarının yaradılması planlaşdırılır. 

ABC.AZ xəbər verir ki, bu barədə mətbuata “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli məlumat verib.

Hazırda bir sıra şirkətlərlə danışıqların aparıldığını deyən liman rəsmisi artıq bununla bağlı ilkin müqavilənin də imzalandığını bildirib. 

X.Həsənlinin sözlərinə görə, Mərkəzi Asiyadan gələn yüklər regional kontey­nerlərlə üçüncü ölkələrə daşına bilməz: “Bu yüklər boşaldılmalı, daha sonra “Shipping line” konteynerlərinə yüklən­məlidir. Bakı Limanında “Shipping line” mərkəzi yaradırıq ki, birbaşa “Shipping line” konteynerləri ilə işləyək, dünya­nın istənilən nöqtəsinə fasiləsiz yük göndərək. Regional konteynerlərlə yük göndəriləndə onlar geri qaytarılmalıdır. Konteynerin geri qayıtması isə xərcdir, lakin “Shipping line”ların bütün dünya­da mərkəzləri, depoları var, onlar bu depolarda konteynerlərini saxlaya bilir­lər, – deyə o əlavə edib. Yeri gəlmişkən, “Shipping line” karqo yüklərini limandan təyinat nöqtəsinə çatdırmaqla gəmiləri idarə edən şirkətdir və dünya üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin 95 faizi məhz onun payına düşür".

Bütün xəbərlər