“Azərbaycan Dəmir Yolları” QSC-nin iki şirkəti ləğv edilir

11:56 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Təsərrüfat İdarəsi MMC və Lokomotiv Servis MMC ləğv edilir.

ABC.AZ xəbər verir ki, Təsərrüfat İdarəsi MMC-nin kreditorları iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 230 (“Azərbaycan Dəmir Yolları” QSC) ünvanına bildirə bilərlər.

Lokomotiv Servis MMC-nin isə kreditorları iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 230 (“Azərbaycan Dəmir Yolları” QSC) ünvanına bildirə bilərlər.