Yığımları 12 min manat azalan sığorta növü - Hesabat

12:05 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Azərbaycanda dəmiryolu nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 61 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat və ya 16,5% azdır.

2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 73 min manat təşkil edib.

Bu növ sığorta növü üzrə sığorta ödənişləri edilməyib.

 

Bütün xəbərlər