14:07 - 27.11.2023
27 noyabr, Fineko/abc.az. Azərbaycanda mülki məsuliyyətin sığortası üzrə yığımlar və ödənişlər artıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 21 milyon 630 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 328 min manat və ya 6,5% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 20 milyon 310 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 137 min manat təşkil edib ki, bu da illik müqayisədə 48 min manat və ya 54,6% çoxdur. 2022-ci ilin eyni dövründə 88 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 0,6% olub. Bu da illik müqayisədə 0,2% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 0,4% idi.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024