Azərbaycanda bu yağların istehsalı azalıb

14:14 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 31 452 ton duru bitki yağı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 22,6% və ya 8 968,8 ton azalıb. 2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 40 418,8 ton təşkil edib. 01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3 324,7 ton təşkil edib.

Hazır məhsul ehtiyatı illik müqayisədə 970 ton və ya 22,2% azalıb. 01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 4 294,7 ton təşkil edib.

Bütün xəbərlər