“Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar verilmıyı başlandı

14:46 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilməkdədir.

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənişi həyata keçirilir.

 

Bütün xəbərlər