Azərbaycanda ət istehsalçısına əlavə kapital yatırılıb

15:34 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Azərbaycanda ət istehsalçısı “AZ Protein Foods Group” MMC-yə əlavə kapital yatırılıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 750 000 manat və ya 52.2%   artırılaraq 5 101 239 manata yüksəldilib.

Xatırladaq ki, 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” müəssisəsi dana əti istehsalı ilə məşğuldur.