Elm və Təhsil Nazirliyi bir binanın təmirinə 3 milyon manat pul xərcləyəcək

15:38 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi MeqaPlus Firması ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2.792.473,29 AZN-dir.

Bütün xəbərlər