“Microsoft”un dünya üzrə illik gəliri 180 milyard dollardan çox artıb

15:57 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. “Microsoft”un dünya üzrə illik gəliri durmadan artır.

ABC.AZ xəbər verir ki, şirkətin illik gəliri son 20 ildə 180 milyard dollardan çox artıb.

Bu barədə “Global İndex”in araşdırmasında qeyd edilib. Belə ki, sözügedən araşdırmaya görə, “Microsoft”un illik gəliri 2002-ci ildə 28,37 milyard dollar olduğu halda, 2023-cü ildə bu gəlir 211.92 milyard dollar təşkil edib.

“Microsoft”un illik gəlirinin illər üzrə artımını sizə təqdim edirik:

2010: 62,44 milyard dollar

2011: 69,94 milyard dollar

2012: 73,72 milyard dollar

2013: 77,85 milyard dollar

2014: 86,83 milyard dollar

2015: 93,58 milyard dollar

2016: 85,32 milyard dollar

2017: 89,95 milyard dollar

2018: 110,36 milyard dollar

2019: 125,84 milyard dollar

2020: 143,02 milyard dollar

2021: 168,09 milyard dollar

2022: 198,27 milyard dollar

2023: 211,92 milyard dollar