SOCAR Özbəkistanda neft-qaz avadanlıqları istehsal edəcək

16:04 - 27.11.2023


27 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalına başlamaq niyyətindədir.

ABC.AZ Özbəkistan mətbuatına istinadən xəbər verir ki, idxalın əvəzlənməsi məqsədilə Özbəkistanda kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması nəzərdə tutulur.

Həmçinin, quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması və yataqların işlənməsi, həmçinin quyuların qazılması zamanı istifadə olunan qazma və sementləmə məhlulları üçün komponentlərin saxlanması və paylanması xidmətlərinin göstərilməsi də nəzərdən keçirilir. “Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutu Özbəkistanda qazma və sementləmə məhlullarını öyrənmək üçün sınaq laboratoriyası tikməyi planlaşdırır.

Danışıqların nəticəsi olaraq, birgə İşçi Qrupunun üzvləri layihənin növbəti mərhələləri barədə razılığa gəliblər.

 

Bütün xəbərlər