Əcnəbilər Azərbaycanda bank kartları ilə 1 ayda bu qədər əməliyyat aparıblar

10:30 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. 2023-cü ilin oktyabr ayında ölkə ərazisində əcnəbilər 203.7 milyon manatlıq bank kartları ilə əməliyyat aparıblar.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabrda turistlərin xərcləmələri ötən ay 9 faizdən çox atıb.

Aparılan əməliyyatların  128.3 mln. manatı “Visa” kartı ilə və 73.6 mln. manatı isə “MasterCard” ilə aparılıb.

İlin ilk 10 ayında əcnəbi şəxslər bank kartları ilə apardığı əməliyyatların həcmi  1 milyard 605.8 milyon manat olmaqla 2022-ci ilin eyni dövründən 11% azdır. Belə ki, ötən ilin eyni dövründə 1 milyard 806 milyon manatlıq əcnəbilər əməliyyat aparmışdı.

 

Bütün xəbərlər