Fərdi sahiblarlara verilən kredit 2 milyard manatı keçib

11:22 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Azərbaycanda fərdi sahiblarlara verilən bank kreditlərinin həcmi oktyabr ayında 2.2% artaraq 2 milyard 781 milyon manata yüksəlib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycanda şirkət yaratmadan sahibkarlıqla məşğul olan şəxslərə verilən kreditlərin həcmi ilin əvvəli  2 milyard 156 milyon manat idi.

Bu da bu portfelin ilk 10 ayda 37 faiz yüksəlməsi deməkdir.

Qeyd edək ki, Azərbaycanda fərdi sahibkarlara verilən bank kreditlərinin həcmi son üç ildə aybaay ancaq yüksələn trendlə davam edib.

Fərdi sahibkarların banklardakı depzitlərinin həcmi isə  292.9 mln. manat olmaqla bunun  29.7 mln. manat ekvibvalentində olan hissəsi xarici valyutada olan depozitlər idi.

 

Bütün xəbərlər