“Apple” təchizatçısı Hindistana 1,5 milyard dollardan çox sərmayə yatıracaq

11:41 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. “Apple” təchizatçısı “Foxconn” Hindistana 1,5 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkıt bu sərmayəni əməliyyat ehtiyaclarını ödəmək üçün yatırır.

1,541 milyard dollarlıq investisiya “Foxconn”un törəmə şirkəti olan “Hon Hai Technology India Mega Development” vasitəsilə həyata keçirilib.

Sözügedın törəmə şirkət 2015-ci ildə Hindistanın Maharaştra əyalətində qeydiyyatdan keçib.

“Foxconn”un fabrikləri “Apple”in “iPhone” istehsalının kritik bir hissəsini təşkil edir.